×
A
A
A
Sazlamalar

Bərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərindən nümunəvi təşəbbüs

Bərdə, 22 fevral, AZƏRTAC

Bərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri daha bir nümunəvi təşəbbüslə çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə keçirilən aksiyada könüllülər Bərdədəki Şəhidlər xiyabanında təmizlik və səliqə-sahman işləri aparıb, qızıl güllər əkiblər.
Gənc könüllülərin iştirakı ilə reallaşan bu tədbir rəğbətlə qarşılanıb.

Regionlar 2020-02-22 12:47:00