×
A
A
A
Sazlamalar

Böyük Britaniyanın Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq

London, 21 fevral, AZƏRTAC

Böyük Britaniyanın Dreyk Adası 30 ildən sonra yenidən ictimaiyyətə açılacaq. Adanın adı 1577-ci ildən dünya səyahətinə çıxmış admiral Frensis Dreykin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, adaya ilk tur martın 15-də təşkil olunacaq.
Altı hektarlıq adada XVI əsrdən qalma qala, həbsxana, körpü və yeraltı tunellər şəbəkəsi var. 1989-cu ildən bəri ictimaiyyət üçün bağlanan ada 2019-cu ildə Morqan Filips tərəfindən alınıb.

 

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-02-21 21:44:00