Özbəkistan, Tacikistan və İran Buxara urialının nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınmasını təklif ediblər
Daşkənd, 20 fevral, АZƏRTAC
Özbəkistan, Tacikistan və İran Buxara urialının (Buxara qoçu) nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilməsi təklifi ilə BMT-yə müraciət ediblər.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, bu ay Hindistanda keçiriləcək ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda bu məsələ öz həllini tapacaq. Urialın nəsli kəsilməkdə olan heyvanlar sırasına daxil edilməsi bu heyvanları qorumaq üçün xüsusi proqramların həyata keçirilməsinə imkan verəcək.
Buxara urialına daha çox Özbəkistan-Tacikistan, İran-Türkiyə, Pakistan-Hindistan sərhədlərində rast gəlmək olur. Onlar daim yerlərini dəyişirlər.
BMT-nin məlumatına görə, keşmiş SSRİ dövründə Mərkəzi Asiya ölkələrində minlərlə urial olub.
Otlaqların azalması, insan faktoru, canavarların və başqa vəhşilərin onlara hücumu Buxara urialının nəslinin kəsilməsinə səbəb olur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır