Afinada tikilən ilk məscidin açılışı olacaq
Afina, 20 fevral, AZƏRTAC
“Kathemerini” qəzetinin məlumatına görə, Yunanıstanın paytaxtı Afinada yerli əhalinin etirazlarına baxmayaraq, Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, istifadəyə veriləcək məsciddə iyulun 31-i günü Qurban bayramının təntənəli şəkildə qeyd olunacağı da məlumatda əks olunub. Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.
Qeyd edək ki, 1832-ci ildən başlayaraq Yunanıstanın heç bir hökuməti şəhərdə məscidin inşa edilməsinə icazə verməyib. Yalnız 2013-cü ildə hökumət məscidin inşa edilməsinə 946 min avro vəsait ayırıb. Qərar müsəlman icması tərəfindən çox müsbət qarşılanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır