×
A
A
A
Sazlamalar

Abbas Müsəvi: İranın Xarici İşlər nazirinin Konqres üzvləri ilə görüşü xalq diplomatiyasının tərkib hissəsidir

Tehran, 19 fevral, AZƏRTAC

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ Konqresinin bir sıra üzvləri ilə görüşü xalq diplomatiyasının tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib. O bildirib ki, M.C. Zərif konqresmenlərlə görüşünü həmişə etiraf edib. Nazir konqresmenlərin xahişi ilə onlarla görüşür və İranın regiona dair siyasətini izah edir. Bu görüşlər analitik mərkəzlərdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilir.
Qeyd edək ki, İranın Ali Rəhbəri və Prezidentinin sanksiyalar aradan qaldırılmayınca ABŞ ilə heç bir danışıqların aparılmayacağını bəyan etmələrinə baxmayaraq, mətbuatda rəsmi Tehran ilə Vaşinqton arasında gizli danışıqların aparılması haqqında xəbərlər verilib. Həm ABŞ, həm də İran mətbuatında gizli danışıqların aparılması haqqında xəbərlər dərc olunduqdan sonra A.Müsəvi yuxarıda göstərdiyimiz açıqlama ilə çıxış edib.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-02-19 13:33:00