×
A
A
A
Sazlamalar

Qusar Dövlət Ləzgi Dram Teatrı ingilis dilində tamaşa təqdim edəcək VİDEO

Qusar, 19 fevral, Elxan Yusifli, AZƏRTAC 

Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına ingilis dilində tamaşa təqdim edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatr kollektivi yazıçı–dramaturq İsi Məlikzadənin “Hərənin öz ulduzu” adlı səhnə əsərinin ingilis dilində hazırlanmasına başlayıb.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova bildirib ki, bu tamaşa Qusara gələn əcnəbi turistlər üçün nəzərdə tutulub.
Hazırda teatrda Cəfər Cabbarlının “Aydın” pyesi əsasında tamaşanın məşqləri də davam etdirilir. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, daha bir tamaşa Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar gənc könüllülərin iştirakı ilə hazırlanır. Nağıl-tamaşada əsas rollar könüllülərə həvalə olunacaq.
Bundan başqa, Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına Milli Teatr Gününə həsr olunmuş xüsusi tamaşa da təqdim edəcək. Bunun üçün xüsusi dekorasiyaların hazırlanmasına başlanılıb.

 

Regionlar 2020-02-19 12:29:00

Video