×
A
A
A
Sazlamalar

2019-cu ildə ölkədən 2,36 milyard dollarlıq təbii qaz göndərilib

Bakı, 18 fevral, AZƏRTAC

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, keçən il ölkədən 12 milyard 537,4 milyon kubmetr təbii qaz ixrac edilib. İl ərzində ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 366,8 milyon ABŞ dollarından çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Neft - qaz 2020-02-18 13:25:00