×
A
A
A
Sazlamalar

Ötən il xaricə göndərilən bəzi neft-qaz məhsullarının həcmi açıqlanıb

Bakı, 18 fevral, AZƏRTAC
2019-cu ildə Azərbaycandan dəyəri 111,7 milyon ABŞ dolları olan 181,1 min ton reaktiv mühərriklər və digər məqsədlər üçün istifadə olunan kerosin ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, il ərzində ölkədən, həmçinin 341,6 milyon dollarlıq 761 min ton ağır destilyatlar və ya digər məqsədlər üçün qazoyllar, 12,1 milyon dollarlıq 52,9 min tondan çox maye qaz, 22,5 milyon dollarlıq 226,4 min ton neft koksu göndərilib.

Neft - qaz 2020-02-18 13:24:00