×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Sabah” klubu ilə müqavilə imzalayıb

Bakı, 17 fevral, AZƏRTAC

Bakının “Sabah” futbol klubu Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq. R.Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.
Yığmanın hücumçusu futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ” komandasının heyətində oynayıb.
R.Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olub. 2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qol vurub.

İdman 2020-02-17 21:14:00