×
A
A
A
Sazlamalar

Kursant və əsgərlər muxtar respublikanın tarixi-mədəni abidələrində və muzeylərində olublar

Naxçıvan, 17 fevral, AZƏRTAC
Həftə ərzində dərslərdə fərqlənən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və hərbi xidmətdə yüksək nəticələr göstərən əsgərlər muxtar respublikanın tarixi-mədəni abidələrini və muzeylərini ziyarət ediblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mədəniyyət müəssisələrində bələdçilər tərəfindən zəngin tariximizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında ziyarətçilərə ətraflı məlumat verilib.
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini, Cəmşid Naxçıvanski, Milli Dəyərlər, Dövlət Bayrağı, Naxçıvan Dövlət Tarix muzeylərini, Hüseyn Cavidin ev-muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksini və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərini ziyarət kursant və əsgərlərdə zəngin təəssürat yaradıb.

Regionlar 2020-02-17 20:02:00