×
A
A
A
Sazlamalar

Yaponiya İmperatoru Naruhitonun doğum günü ilə əlaqədar təbrik mərasimi təxirə salınıb

Tokio, 17 fevral, AZƏRTAC

Yaponiya İmperatorunun Ev Təsərrüfatı Agentliyi yeni koronavirusun yayılması ilə əlaqədar İmperator Naruhitonun fevralın 23-də təşkil olunması nəzərdə tutulan doğum günü tədbirini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu, cari ilin mayında taxta çıxmış İmperator Naruhitonun monarx kimi ilk doğum günü tədbiri olacaqdı.
İmperator sarayında uzun illər davam edən ənənəyə görə, həmin gün İmperator Naruhito və İmperatriçə Masako ailənin digər üzvləri ilə birlikdə gün ərzində üç dəfə eyvana çıxaraq monarxı təbrikə gəlmiş insanları salamlamalı idilər.
Agentliyin yaydığı məlumata görə, bu, tarixdə İmperatorun doğum günü mərasiminin təxirə salındığı ikinci haldır. İlk dəfə belə hadisə 1996-cı ildə, Perudakı Yaponiya səfirliyi əməkdaşlarının girov götürülməsi ilə əlaqədar yaşanan böhran zamanı baş verib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-02-17 13:25:00