×
A
A
A
Sazlamalar

Çində təbii qaz istehlakı son iki ildə ilk dəfə azalıb

Bakı, 17 fevral, AZƏRTAC

Yanvar ayında Çində təbii qaz istehlakı azalıb. Bu, son 2 ildə ilk dəfə baş verir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yanvarda təbii qaz istehlakı əvvəlki ilin eyni ayına nisbətən 1 faiz azalaraq 31,6 milyard kubmetr olub. Ötən ay şəhərlərdə istehlak artıb, sənayedə təbii qazdan istifadə 14 faiz, elektrik enerjisi istehsalında isə 10 faiz azalıb.
“Chongqing Petroleum and Gas Exchange” Çinin təbii qaz istehlakının fevralda 6,2 faiz, martda isə 11,2 faiz azalacağını gözləyir.

Dünya 2020-02-17 12:21:00