“Subaru” istehsal etdiyi 81 min avtomobili geri çağırır
Pekin, 17 fevral, AZƏRTAC
Yaponiya istehsalçısı “Subaru” Çin bazarında satdığı 81 min 260 avtomobili təhlükəsizlik məsələlərinə görə geri çağırır.
AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, martın 14-dən başlayacaq proses 2013-2015-ci illərdə idxal edilmiş “Forester” modellərini əhatə edəcək. Administrasiyanın mütəxəssisləri müəyyən edib ki, həmin avtomobillərin arxa hərəkətetdirici orqanların yayları korroziyaya uğraya və sıradan çıxa bilər. Bu da öz növbəsində təhlükəsizlik riskləri yaradır.
“Subaru” qüsurlu hissələri öz hesabına dəyişəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır