×
A
A
A
Sazlamalar

Rəsamlar İttifaqında gənc rəssamların əsərləri sərgilənəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq.
İttifaqdan AZƏRTAC-a məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.
Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq. Dörd gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.

İncəsənət 2020-01-30 11:32:00