×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində iki gənc rəssamın sərgisi açılacaq

Bakı, 29 yanvar, AZƏRTAC

Fevralın 2-də Bakı Xətai Sənət Mərkəzində gənc rəssamlar Lalə Hüseynzadə və Emin Saqinin əsərlərindən ibarət sərgi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq sərgi 2 fevral - Gənclər Gününə həsr olunacaq.
Sərgidə 30-dan çox əsərin nümayişi nəzərdə tutulur.

İncəsənət 2020-01-29 14:50:00