×
A
A
A
Sazlamalar

Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqlar martın 3-də başlayacaq

London, 28 yanvar , AZƏRTAC

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında danışıqlar martın 3-də başlayacaq.
AZƏRTAC-xəbər verir ki, Aİ-nin Brexit danışıqları üzrə müşaviri Mişel Barniyer və Boris Consonun Brexit məsləhətçisi Devid Frostun rəhbərlik etdiyi rəsmilər danışıqları 10 ay müddətində davam etdirəcəklər.
Böyük Britaniya yanvarın 31-də referendumdan təxminən dörd il sonra Aİ-ni tərk etməlidir. Baş Nazir keçid dövrünü 2020-ci ilin dekabrın 31-dən sonra uzatmayacağını söyləmişdi. Bu müddət ərzində Böyük Britaniya vahid bazarda və gömrük ittifaqında qalacaq.


Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-01-29 00:20:00