×
A
A
A
Sazlamalar

Yunanıstanda zəlzələ baş verib

Afina, 28 yanvar, AZƏRTAC

Yunanıstanın Dodekanes arxipelaqının yaxınlığında Egey dənizinin cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Karpatos adasından cənub-şərq istiqamətində 78 km məsafədə və 10 km dərinlikdə yerləşir. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2020-01-28 21:01:00