×
A
A
A
Sazlamalar

Bakıda görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət sərgi açılacaq

Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 31-də görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, 40-dək sənət əsərinin yer alacağı sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Rolls-Royce Motor Cars Baku”nun dəstəyi ilə reallaşacaq.
Sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək. Sözügedən sayt Netmedia tərəfindən təqdim olunacaq.

İncəsənət 2020-01-28 12:18:00