×
A
A
A
Sazlamalar

Rusiyada sərnişin təyyarəsi bomba təhlükəsinə görə geri qayıdıb

Moskva, 27 yanvar, AZƏRTAC

Rusiyada sərnişin təyyarəsi bomba təhlükəsinə görə uçuşu yarıda kəsərək aeroporta qayıdıb.
AZƏRTAC xəbər verir ki, “Aeroflot” şirkətinin Xabarovsk-Moskva aviareysini yerinə yetirən təyyarəsi havaya qalxdıqdan sonra geri qayıdıb. Buna səbəb təyyarəyə bomba qoyulması barədə xəbərin daxil olmasıdır. Ştat rejimində eniş etmiş təyyarədə yoxlama aparılır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya 2020-01-27 11:30:00