×
A
A
A
Sazlamalar

Bakıda gənc rəssamların qrup sərgisi açılacaq

Bakı, 25 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 3-də “Baku Book Center”də Gənclər Gününə həsr olunmuş gənc rəssamların “Axın” adlı qrup sərgisi açılacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunacaq.
Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.
Tədbirin sonunda rəssamlar diplomla təltif ediləcək.

İncəsənət 2020-01-25 17:09:00