XİN: Azərbaycan qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazırdır
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, XİN bu barədə məlumatı rəsmi “Twitter” səhifəsində yayıb.
Məlumatda deyilir: “Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib