×
A
A
A
Sazlamalar

Hyustonda istehsalat obyektində güclü partlayış baş verib

Vaşinqton, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Hyuston şəhərinin (Texas ştatı) istehsalat obyektlərindən birində güclü partlayış baş verib. Bir nəfər itkin düşmüş sayılır.
Məlumata görə, partlayış səhər saat 4:30-da baş verib. Yaxınlıqdakı binalar və evlər ciddi zədələnib. Binanın parçaları yüz metr məsafəyə səpələnib.
Hyustonun yanğından mühafizə idarəsinin nümayəndələri bildiriblər ki, bir nəfər xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit hesab edilir.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-01-24 18:47:00