×
A
A
A
Sazlamalar

Evində döyüş sursatları saxlayan Xızı sakini saxlanılıb

Xızı, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları evində döyüş sursatları saxlayan rayon sakinini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi evin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronlar, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Regionlar 2020-01-24 14:20:00