İraqda yeni etiraz aksiyası başlayıb
Tehran, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də İraqda yeni etiraz dalğası başlayıb. Paytaxt Bağdad ilə yanaşı, bütün digər böyük şəhərlərdə insanlar kütləvi etiraz aksiyalarına başlayıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlki etirazlardan fərqli olaraq, bu dəfə iraqlılar ABŞ hərbiçilərinin ölkədən çıxarılması tələbini irəli sürüblər.
Aksiya iştirakçıları üzərində “Amerikalı əsgərlər, evinizə qayıdın!”, “İraqdan gedin!” kimi şüarlar səsləndirirlər. Aksiyalara nüfuzlu din xadimləri və siyasi xadimlər də qoşulublar.
İraq mətbuatı ölkədəki vəziyyəti 1920-ci ildə baş verən hadisələrlə müqayisə edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1920-ci ildə də iraqlılar güclü müqavimət göstərərək, Böyük Britaniyanın hərbiçilərini ölkədən çıxara bilmişdilər.
Rəsmi Vaşinqton bugünkü aksiyalara hələlik münasibət bildirməyib. Lakin ötən ilin dekabrında İraq parlamenti xarici dövlətlərin hərbi hissələrinin ölkədən çıxarılması haqqında qanun qəbul etdikdən sonra ABŞ administrasiyası Bağdadı iqtisadi sanksiyalarla hədələyib. Dövlət Departamenti isə bəyan edib ki, ABŞ əsgərləri İraqı tərk etməyəcək.
Hələlik isə İraqda vəziyyət gərgin olaraq qalmaqdadır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır