×
A
A
A
Sazlamalar

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib

Cəlilabad, 24 yanvar, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qəfərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 2 bükümdə ümumi çəkisi 97,6 qram olan narkotik vasitə tiryək, 2 bükümdə çəkisi 7,2 qram heroin, 43 qram qurudulmuş marixuana, 49 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Regionlar 2020-01-24 12:57:00