Ötən il Azərbaycanda 6,1 milyon ton neft emal olunub
Bakı, 24 yanvar, AZƏRTAC
2019-cu il ərzində ölkədə 6 milyon 192 min ton neft emal edilib. Neftin emalı əvvəlki illə müqayisədə 104 min ton çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Qeyd edək ki, hazırda SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi işləri görülür. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.
Heydər Əliyev adına NEZ regionun yeganə neft emalı kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və sair istehsal olunur.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək