×
A
A
A
Sazlamalar

20 Yanvar əlili: Faciənin səbəbkarı olan Qorbaçov beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır

Qax, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar hadisələri xalqımıza qarşı törədilən çox dəhşətli cinayətdir. Həmin gün şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi heç zaman yaddan çıxmayacaq. Çox təəssüf ki, bu qətliamı törədənlər hələ də öz layiqli cəzalarını almayıblar. Bu faciənin əsl səbəbkarı Mixail Qorbaçov hələ də cinayət məsuliyyətinə cəlb edilməyib. Yanvar hadisələri zamanı mən də sağlamlığımı itirdim, əlil oldum. Ona görə də, beynəlxalq təşkilatlardan tələb edirəm ki, Yanvar hadisələrinin birbaşa günahkarlarından olan M.Qorbaçov tezliklə məhkəmə qarşısına çıxarılsın, cəzasını alsın.
Bu sözləri 20 Yanvar hadisələrinin iştirakçısı, ikinci qrup əlil, Qax şəhər sakini Yusif Yusifli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Şəhid ailələrinin, Qanlı Yanvar hadisələri zamanı sağlamlıqlarını itirən insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirən hadisə iştirakçısı göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Regionlar 2020-01-20 18:20:00