×
A
A
A
Sazlamalar

Beyləqanlılar 20 Yanvar şəhidlərinin xatirəsini dərin hüznlə yad ediblər

Beyləqan, 20 yanvar, AZƏRTAC

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü Beyləqan rayonunda da dərin hüznlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 20-də Beyləqan şəhərinin 20 Yanvar küçəsindəki “Şəhidlər” abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.

Regionlar 2020-01-20 17:07:00