×
A
A
A
Sazlamalar

Naxçıvanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Naxçıvan, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Naxçıvan şəhər ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanlarını ziyarət edib, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə qərənfillər düzüblər.

Regionlar 2020-01-20 14:50:00