×
A
A
A
Sazlamalar

Gürcüstanın Qardabani rayonunda yeni istilik elektrik stansiyası istifadəyə verilib

Tbilisi, 17 yanvar, AZƏRTAC

Gürcüstanda yeni iş yerlərinin, iqtisadi inkişaf üçün effektiv enerji mənbələrinin açılması bizim əsas məqsədimizdir. Bu gün istifadəyə verilən “Qardabani-2” istilik elektrik stansiyası (İES) bu baxımdam mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya yanvarın 17-də azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda istifadəyə verilən “Qardabani-2” İES-in açılış mərasimində deyib.
Onun sözlərinə görə, “Qardabani-2” İES-i Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, idxal olunan elektrik enerjisinin də həcmini əhəmiyyətli dərəcədə azaldacaq. Ölkənin enerji sistemində çox vacib və mühüm rol oynayacaq.
Qeyd edək ki, “Qardabani-2” İES ildə 1,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək ki, bu da Gürcüstanın illik istehlakının 11 faizinə bərabərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-01-17 19:13:00