×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

Maliyyə 2020-01-17 16:46:00