×
A
A
A
Sazlamalar

“YARAT”da böyüklər üçün ustad dərsləri keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et” - yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar özlərini tamamilə yaradıcılığa həsr edə biliblər. Budəfəki dərslərdə iştirakçılar “rənglər vasitəsilə özünü necə ifadə etmək olar?” sualına cavab tapmağa çalışıblar.
Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi tərəfindən qarşılanıb.
Qeyd edək ki, dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə 19:00-21:00 saatlarında keçirilir.

İncəsənət 2020-01-17 13:36:00