×
A
A
A
Sazlamalar

Ukrayna MSK-nın üzvləri Azərbaycanda parlament seçkilərini müşahidə edəcəklər

Kiyev, 15 yanvar, AZƏRTAC

Ukrayna Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcəklər. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Ukrayna MSK-nın iki üzvü fevralın 7-10-da Azərbaycanda olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcək. Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2020-01-15 14:18:00