×
A
A
A
Sazlamalar

Ötən il 537 min tonadək kimya sənayesi məhsulları göndərilib

Bakı, 14 yanvar, AZƏRTAC

2019-cu ildə Azərbaycandan 536,9 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 102,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2018-ci ildə ölkədən ixrac olunan 262,6 min ton kimya məhsulunun dəyəri 78,1 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-01-14 11:46:00