×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr ediləcək

Bakı, 13 yanvar , AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, yanvarın 17-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Qaliblər diplomlarla təltif ediləcək. Müsabiqəyə respublikanın müxtəlif guşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə virtual qaydada qatılıb. 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub.

İncəsənət 2020-01-13 17:12:00