×
A
A
A
Sazlamalar

Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi açılacaq

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 17-də Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm sərgisi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamlar Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Vidadi Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” adlı tabloları nümayiş olunacaq.
Sərgidə nümayiş ediləcək əsərlərlə hər kəsin tanış olmaq imkanı var.

 

İncəsənət 2020-01-13 15:33:00