Türkiyə Prezidenti: Qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətinin ildə 31 milyard kubmetrə çatdırılması planlaşdırılır
İstanbul, 8 yanvar, AZƏRTAC
Qarşıdakı illərdə TANAP-ın ötürücülük qabiliyyətini əvvəlcə illik 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də İstanbulda “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimindəki çıxışında deyib.
“Bir ay əvvəl bölgəmizin ən strateji boru kəmərlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin İpək Yolu” adlandırılan TANAP-la ilkin mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək