×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılıb

Bakı, 29 dekabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Məktəblinin dostu” layihəsi çərçivəsində “Məktəblinin dostu şagirdlərin gözü ilə” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə layihənin əhatə olunduğu 70 ümumtəhsil müəssisəsi iştirak edib.
Sərgi çərçivəsində qaliblər Xətai Sənət Mərkəzinin rəssamları tərəfindən müəyyənləşib. Qalib məktəblilər müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıb.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

İncəsənət 2019-12-29 11:28:00