×
A
A
A
Sazlamalar

Səyavuş Heydərov: Ermənistan arabir bəzi məbədləri təmir etməklə çirkin əməllərini gizlətməyə çalışır

Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanda bütün dini məbədlərin fəaliyyətdə olması, onlara hərtərəfli dövlət dəstəyinin göstərilməsi göz önündədir. Bütün dini məbədlər dövlət tərəfindən pulsuz qazla təmin olunub. Bu məbədlərin təmirinə böyük diqqət göstərilir. Ümumilikdə Azərbaycanda milli-mənəvi, dini dəyərlərin qorunması üçün bir çox işlər görülür və bu siyasət bundan sonra davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.
S.Heydərov vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbədlər dağıdılıb. O bildirib ki, ermənilərin bu məbədlərdə heyvanlar saxlaması barədə də məlumatlar var. “Əlbəttə Ermənistan tərəfi bunu gizlətməyə çalışır, arabir bəzi məbədləri təmir etmək imitasiyası etməklə çirkin əməllərini gizlətməyə çalışır. Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib və Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub”, - deyə komitə sədrinin müavini bildirib.

Din 2019-12-16 12:52:00