İtaliyanın bu şəhərində əhali təcili evakuasiya olunub
Roma, 15 dekabr, AZƏRTAC
İtaliyanın dənizkənarı şəhərlərindən biri olan Brindizidə İkinci Dünya müharibəsi zamanı basdırılmış və Böyük Britaniyaya məxsus 40 kiloqramlıq dinamit yatağı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də şəhər rəhbərliyi və ölkənin təhlükəsizlik orqanlarının qərarı ilə şəhər əhalisinin yarıdan çoxu, 50 mindən çox insan təcili evakuasiya olunub.
Bomba mütəxəssisləri tapıntını çıxararaq zərərsizləşdiriblər. Bu hadisə İtaliya tarixində İkinci Dünya müharibəsindən sonra ikinci belə böyük əməliyyatdır.
Sözügedən bomba müharibə zamanı Böyük Britaniya hərbi qüvvələri tərəfindən atılıb. O, şəhər kinoteatrının yenidən qurulması zamanı təsadüfən aşkarlanıb. Çıxarılmış dinamitlər 3 gün sonra xüsusi ayrılmış ərazidə partladılacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır