Kyodo agentliyi: Şinzo Abenin rəhbərlik etdiyi kabinetin reytinqi 42,7 faizə düşüb
Tokio, 15 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abenin rəhbərlik etdiyi Nazirlər Kabinetinin reytinqi noyabrda keçirilən sorğunun nəticələri ilə müqayisədə 6 faiz enərək 42,7 faizə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyinin istirahət günlərində keçirdiyi sorğunun nəticələrində bildirilir. Qeyd edilir ki, Nazirlər Kabinetinin reytinqinin aşağı düşməsinin səbəbləri içərisində Baş nazirin öz tərəfdarlarını əyləndirmək üçün təşkil etdiyi sakura çiçəklərindən zövq alma mərasimi xüsusi rol oynayıb.
Telefonla aparılan sorğunun nəticələrinə görə, respondentlərin 83,5 faizi Ş.Abenin hər il təşkil edilən mərasimlə bağlı verdiyi izahatın onları qane etmədiyini bildirib.
Bundan əlavə, rəyi soruşulanların 61,5 faizi Ş.Abenin dördüncü dəfə hakim Liberal Demokratik Partiyanın sədri seçilməsi təklifinin əleyhinə olduqlarını söyləyiblər. Həmçinin aydın olub ki, sorğu nəticəsində rəyi soruşulanların 51,5 faizi hökumətin özünümüdafiə qüvvələrini Yaxın Şərqə göndərmək planına qarşıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır