×
A
A
A
Sazlamalar

Xaçmazda evlərdən qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb

Xaçmaz, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazda evlərdən oğurluq edən iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, evindən min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ramin Qoçadze də saxlanılıb.
R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluqlar etdiyinə görə dəfələrlə məhkum olunub.
Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Regionlar 2019-12-14 17:15:00