Növbəti maliyyə ili üçün Yaponiyanın dövlət büdcəsi 102 trilyon yeni ötəcək
Tokio, 14 dekabr, AZƏRTAC
Növbəti 2020-ci maliyyə ili üçün Yaponiyanın dövlət büdcəsi rekord miqdarda artaraq 102 trilyon yeni və 935 milyard dolları ötəcək.
AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti hazırda gələn il aprelin 1-dən başlayacaq növbəti maliyyə ili üçün dövlət büdcəsinin layihəsi üzərində son tamamlama işləri aparır.
Son illərdə olduğu kimi növbəti maliyyə ilində də Yaponiyanın dövlət büdcəsinin əsas hissəsini, yəni təqribən üçdə birini sosial xərclər təşkil edəcək ki, bunun da əvvəlki illə müqayisədə 3,7 milyard dollar çox olacağı bildirilir. Bu, Yaponiya əhalisinin sürətlə qocaldığını bir daha təsdiq edir.
Bundan əlavə, büdcənin 16 milyard dollarının təbii fəlakət nəticəsində zərərçəkmiş rayonların infrastrukturunun bərpasına və yeni iqtisadi siyasətə yönəldiləcəyi qeyd edilir.
Xatırladaq ki, hökumət gələn ilin aprelindən başlayaraq, aztəminatlı ailələrdən olan uşaqlar üçün ödənişsiz təhsil proqramının icrasına başlamağı da planlaşdırır.
Əlavə olaraq qeyd edilir ki, vergidən gələn gəlirlər büdcənin təqribən 60 faizini təşkil edəcək.
Yeni büdcə layihəsinin Nazirlər Kabinetinin gələn həftə keçiriləcək iclası zamanı təsdiq ediləcəyi gözlənilir
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır