×
A
A
A
Sazlamalar

Parisdə “Normandiya dördlüyü”nün görüşü başlayıb

Paris, 9 dekabr, AZƏRTAC

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya formatı” sammitində 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron əvvəlcə ukraynalı həmkarı Vladimir Zelenski, sonra isə Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşüb.
Axşam saatlarında 4 ölkənin dövlət rəhbərlərinin “Normandiya dördlüyü” adlanan görüşü başlayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2019-12-10 00:29:00