×
A
A
A
Sazlamalar

“YARAT”da böyüklər üçün ustad dərsləri keçiriləcək

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.
Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq. Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən qarşılanacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.
Ustad dərsləri çərşənbə günləri 19:00-21:00 saatlarında keçiriləcək.

İncəsənət 2019-12-02 13:04:00