×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində növbəti tədbir...

Bakı, 26 noyabr, AZƏRTAC

Xətai Sənət Mərkəzində “Mənim yay tətilim - 2019” rəsm müsabiqəsində seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş sərgi-paneldə 15-dək azyaşlı rəssamın sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” kitabının təqdimatı olub, müəllif öz imzası ilə əsərini tədbir iştirakçılarina təqdim edib.
Sonda sərgi-panel iştirakçıları diplomla təltif olunublar.

 

İncəsənət 2019-11-26 14:55:00