“Artım”da “Periferik genişlənmə” sərgisinin bağlanış mərasimi olacaq
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 29-da “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılan “Periferik genişlənmə” sərgisinin bağlanış mərasimi olacaq.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “DanceAbility” İnklüziv Rəqs Şirkətinin “Kekalove” inklüziv geyim startapının əməkdaşlığı ilə birgə yaratdıqları rəqs perfomansı nümayiş etdiriləcək.
“DanceAbility Azerbaijan” İnklüziv Rəqs Şirkəti xoreoqraf Sərxan Axundovun rəhbərliyi ilə yaradılan “Güvən mənə” rəqs tamaşasını təqdim edəcək. 1987-ci ildə yaradılmış “DanceAbility International” on minlərlə fərdin həyatına davamlı təsir göstərərək, müxtəlifliyi bayram edən bir dünya qurmağa kömək edib. “DanceAbility International”ın müstəqil filialı kimi “DanceAbility Azerbaijan” İnklüziv Rəqs Şirkəti 2017-ci ildə Nigar Sultanova tərəfindən təsis olunub.
Təşkilatın əsas missiyası əlilliyi olan və olmayan insanları rəqs hərəkət çalışmaları vasitəsi ilə bərabər imkanlar yaradaraq bir araya toplamaqdır. Bu missiya böyüklər və uşaqlar üçün dərslər, seminarlar, tamaşalar, müəllim təlimləri və inklüziv rəqs müəllimləri üçün tədris materialları vasitəsilə həyata keçirilir.
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb