×
A
A
A
Sazlamalar

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

Pekin, 22 noyabr, AZƏRTAC
Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin (GSOMIA) müddətinin şərtlə uzadılmasına razılıq verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yaysa da, şərtin və ya şərtlərin nədən ibarət olduğunu bildirməyib.
Qeyd edək ki, avqustda Seul Yaponiyanın elektronika üçün nəzərdə tutulan bir sıra nanotexnologiyaların Cənubi Koreyaya ixracına nəzarəti gücləndirməsindən sonra müqavilədən imtina etdiyini açıqlamışdı. Ötən müddətdə tərəflər arasında məsələyə dair bir neçə dəfə nəticəsiz başa çatan danışıqlar olmuşdu. Hər iki ölkə ilə yaxın münasibətləri olan ABŞ tərəfləri razılığa gəlməyə çağırmışdı.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-11-22 14:03:00