×
A
A
A
Sazlamalar

Xətai Sənət Mərkəzində “Nəsimi dünyası rənglərin işığında” kitabının təqdimatı olacaq

Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 23-də Xətai Sənət Mərkəzində “Mənim yay tətilim - 2019” rəsm müsabiqəndə seçilmiş müəlliflərin qrup sərgisi kimi nəzərdə tutulmuş sərgi-plenerdə 15-dək azyaşlı rəssamın sərbəst mövzuda ərsəyə gətirdikləri əsərlər təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Bildirib ki, tədbir çərçivəsində Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” kitabının təqdimatı olacaq və müəllif öz imzası ilə əsərini tədbir iştirakçılarina təqdim edəcək.
Sonda sərgi-plener iştirakçıları diplomla təltif olunacaq.

İncəsənət 2019-11-19 11:46:00