×
A
A
A
Sazlamalar

Yunanıstana daha 137 miqrant gətirilib

Afina, 19 noyabr, AZƏRTAC

Yunanıstanın Pirey limanına “Blue Star 2” bərə gəmisi ilə Kos, Kalimnos və Leros adalarından 137 miqrant gətirilib.
Yunanıstan sərhəd nəzarəti milli koordinasiya mərkəzinin məlumatına əsasən, Egey dənizinin şimal adalarında 8 min nəfər üçün yer olduğu halda, hazırda 35 min 696 nəfər yaşayır. Onların çoxu Yunanıstanda yaşayış icazəsi alaraq Qərbi Avropa ölkələrinə üz tutmaq istəyir. Buna baxmayaraq, qaçqınların sənədlərinin qeydiyyatı aylardır gecikdirilir. Məsələ ilə bağlı Avropa qurumlarına bir neçə dəfə müraciət olunmağına baxmayaraq, öz həllini tapmır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-11-19 04:15:00